YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lorenzo Sotomayor: Azərbaycan bayrağını Rioda yüksəltmək çox qürurverici idi

Azərbaycanın boks tarixində ilkə imza ataraq Olimpiya Oyunlarının finalına yüksəldim. Ancaq həlledici görüşdə hakimlərin haqsızlığı ilə üzləşdim.

Bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Lorenzo Sotomayor deyib.

Boksçu deyib: Final görüşünün hər 3 raundunda rəqibimdən üstün olsam da, qərar mənim əleyhimə oldu. Sonuncu raundda əmin idim ki, qələbə mənimdir. Amma hakim haqsızlıq etdi. Çox istəyirdim ki, geriyə qızıl medalla qayıdım.

Lorenzo Sotomayor vurğulayıb ki, Azərbaycan bayrağını Rioda dalğalandırmaq həqiqətən qürurverici idi. Ölkədə idmanın inkişafı üçün hər cür şərait var. İdmançılar dövlətin qayğısı ilə əhatə olunublar.