YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edilib

Avqustun 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilİb.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, Milli Məclisin deputatı iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki səylərindən danışıb. O, bu səylərin Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev onun fəaliyyətinə verilən bu qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonra “Şöhrət” ordeni Milix Yevdayevə təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv