YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya nəşri Azərbaycan idmançılarının uğurlarından yazıb

İspaniyada nəşr olunan “La Rioja” qəzetində “Rio-2016” Olimpiadasının nəticələrinə dair geniş məqalə dərc olunub. Məqalədə Azərbaycan idmançılarının uğurlarına xüsusi diqqət ayrılıb.

Deyilir ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət göstərilir və məhz bu anlamda idmançı sayına nisbətdə qazanılan medalların sayı təqdirəlayiqdir. Məqalədə deyilir: “Azərbaycanın Olimpiadada iştirak edən 56 idmançısından 18-i evə medalla qayıdıb, bu, böyük uğurdur”.