Xəbərlər
İlin ilk yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 20,1 milyon kubmetr qaz olub
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/ad0697d459fd87f75c0f5da6395a3e2e.jpg&w=360)
Cari ilin ilk altı ayında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20,1 milyon kubmetr qaz olub. Yanvar-iyun aylarında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 13 milyon dollar əməliyyat və 498 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və TPAO (19 faiz).