YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın taekvondo komandası MDB ölkələri arasında birinci, Avropada ikinci, Rioda dördüncü olub

Azərbaycanın taekvondo üzrə yığma komandası MDB ölkələri arasında birinci, Avropada ikinci, Rio Olimpiadasında isə dördüncü yeri qazanıb.

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşı yığmalardan biri olub.

Braziliyaya tam heyətlə - dörd idmançı ilə yollanan komandamız Cənubi Amerika ölkəsində 3 medal əldə edib.

Səksən kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Radik İsayev XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın yeganə qızıl medalına sahibi olub. Komandamızın digər üzvləri Milad Beiqi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala sahib olublar. Taekvondoçularımızdan yalnız Fəridə Əzizova (67 kq) beşinci olub.

Azərbaycan yığması bu göstərici ilə “Rio-2016”nın taekvondo yarışlarında dördüncü pillədə qərarlaşıb. Millimiz yalınız Koreya Respublikası, Çin və Böyük Britaniyadan geri qalıb. Avropada ikinci olan komandamız keçmiş Sovet İttifaqında isə birincidir.

Xatırladaq ki, taekvondo yarışlarında 64-ü kişi və 64-ü qadın olmaqla, ümumilikdə, 64 ölkədən 128 idmançı 8 çəki dərəcəsində mübarizə aparıb.

 

DİGƏR Xəbərlər Arxiv