YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan indiyədək AÇG-dən 224 milyon ton mənfəət nefti əldə edib

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) neft-qaz yatağından işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 milyon ton neft və 123 milyard kubmetr təbii qaz hasil olunub. Yataqlar blokundan aylıq neft hasilatı 2,8 milyon ton, təbii qaz hasilatı isə 1,1 milyard kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib. O bildirib ki, həmin həcmin 224 milyon tonu Azərbaycanın payına düşən mənfəət neftidir.

“Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Həmçinin indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə 300 milyon ton neft nəql olunub”, - deyə X.Yusifzadə əlavə edib.