YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Artur Rəsulzadə Koreya Respublikasının daxili işlər naziri ilə görüşüb

Avqustun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycan ilə Koreya arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasizadə son vaxtlar iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığımızın genişləndiyini xatırladıb. Baş nazir bildirib ki, nüfuzlu dövlət rəsmilərinin bu cür qarşılıqlı səfərləri əlaqələrimizin daha intensiv inkişafı üçün yaxşı zəmin yaradır. Azərbaycandakı iqtisadi-sosial durum barədə ətraflı məlumat verən Baş nazir Koreya Respublikası ilə də səmərəli əməkdaşlığın dərinləşməsi üçün müvafiq layihələrin icrasına lazımi şərait yaradılacağını diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlığına dair Forumun mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Daxili İşlər Nazirliyi arasında imzalanacaq Memorandumun dövlətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edən qonaq deyib ki, dövlət idarəçiliyində şəffaflığın artırılması, "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "e-hökumət" layihəsi, o cümlədən müasir innovasiyaların tətbiqi baxımından milyonlarla vətəndaşa xidmət edən “ASAN xidmət”in yaradılması Azərbaycanın uğurlarındandır və bu təcrübədən bəhrələnmək faydalı olardı.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun da iştirak etdiyi görüşdə Azərbaycan-Koreya əməkdaşlığına dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.