YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir

Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, seminarda ABŞ və Azərbaycanın hərbi tibb mütəxəssisləri arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə təlimlərin təşkilində metodologiyalar, tibbi kəşfiyyat, ilkin yardımın göstərildiyi məntəqələr, əməliyyatlar zonasının tibbi hava təxliyə sistemi, tibbi personal və avadanlıq ilə bağlı Cenevrə Konvensiyalarının tələbləri və tərəfləri maraqlandıran digər mövzularda müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv