YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zeynal Nağdəliyev: Seçki məntəqələrində veb-kameralarla bağlı şübhələr tam aradan qaldırılıb

“Azərbaycanda təkmilləşmiş seçki qanunvericiliyi var. Biz bunu qorumalıyıq. Nöqsanlara yol verilməməlidir. Çünki bu nöqsanlardan “maraqlı tərəflər” istifadə edə bilər”.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanı 10 il əvvəllə müqayisə etsək görərik ki, ölkə xeyli inkişaf edib: “10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər. Artıq bu problemlər aradan qalxıb”.

Z.Nağdəliyev bildirib ki, Azərbaycanda siyasi sabitlik var: “Borcumuz ondan ibarətdir ki, yaradılmış şəraitə töhfə verək, xələl gətirməyək”.

PA rəsmisi vurğulayıb ki, seçici siyahıları tam dəqiqləşdirilməli, dövlət orqanları bu işdə birgə fəaliyyət göstərməlidir: “Kimsə vəzifəsini layiqincə yerinə yetirməsə, biz ona təsir göstərəcəyik ki, işini başa çatdırsın. Təşviqat kampaniyasında lövhələr də nəzərdən keçiriləcək, nəsə çatışmazlıq olarsa, aradan qaldırılacaq.Ümumilikdə, seçki məntəqələrində 1000 veb-kamera quraşdırılacaq. Açıq deyirəm, əvvəllər veb-kameralarla bağlı şübhələr vardısa, indi hamısı aradan qaldırılıb”.