YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YARAT Müasir İncəsənət Məkanında yoqa kursları keçiriləcək

YARAT Müasir İncəsənət Məkanı avqustun 20-21-də hatha-yoqa üzrə ixtisaslı təlimçi İra Berezinanın rəhbərliyi ilə yoqa kurslarını təşkil edıcək.

YARAT Müasir İncəsənət Məkanından bildirilib ki, layihənin məqsədi şüurlu surətdə həyata keçirdiyimiz proseslərlə qeyri-şüurlu proseslərimiz arasında, yəni zehin ilə vücud, çalışqanlıq ilə rahatlıq, fikrin cəmləşdirilməsi ilə dalğınlıq, ha (şüur, kişi, günəş) ilə tha (həyat qüvvəsi, qadın, ay) arasında balans yaratmaqdır. Bu iki qüvvənin bir-biri ilə birləşdiyi zaman insanın həyatında böyük hadisə baş verir, onun ali şüuru oyanır.

Qeyd edək ki, kurslar həftənin hər şənbə günü saat: 18:30 – 20:00 keçiriləcək.