YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: AMEA-nın Tarix İnstitutunun qarşısında duran ən mühüm məsələ müstəqillik dövrü tariximizin yazılmasıdır

«AMEA-nın Tarix İnstitutunun qarşısında duran ən mühüm məsələ müstəqillik dövrü tariximizin yazılmasıdır. Kollektivimiz bunun üzərində işləyir. Çalışacağıq ki, cənab Prezidentin bu mühüm tapşırığını şərəflə yetirək». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, bunula yaqahı  xaricdən tariximizə aid  sənədlərinin ölkəmizə gətirilməsi işi  davam etdiriləcək. Onun sözlərinə görə, Tarix İnstitutu cənab Prezidentin tapşırığı ilə Zəngəzurun tarixini də yazmağa hazırlaşır.

«Dövlətimizin başçısı tarixi faktlara söykənərək dəfələrlə bildirib  ki, Zəngəzurun əhalisinin hamısı azərbaycanlı olub və bu bizim tarixi torpağımızdır. Zəngəzurun işğalı Azərbaycan tarixinə vurulan çox böyük zərbədir. Həqiqətən Zəngəzurun ermənilərə verilməsi türkün tarixinə ağır zərbə idi. Bununla da, türk dünyasını coğrafi baxımdan parçaladılar, ayırdılar. Bu torpağı ermənilərə verməklə onlara nəfəs verildi. Ona görə də, Zəngəzurun ermənilərə verilməsi türk dünyasının ən böyük yaralarından biridir. Biz Zəngəzurun tarixini yazarkən bütün sənədləri ortaya qoyacağıq. Bu torpağın ermənilərə dəxli yoxdur»- deyə, Y.Mahmudov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv