YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Rusiyada Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referenduma dəstək tədbirləri keçiriləcək

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma Rusiya Federasiyasında dəstək tədbirlərinə start verir.

RAGB-ın idarə heyətindən  bildiriblər ki, referendumu dəstəkləmək üçün Moskvada və Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda “dəyirmi masa”lar keçiriləcək.

Tədbirlər çərçivəsində ekspertlərin, diplomatların, ictimai xadimlərin, habelə diaspor və gənclər təşkilatlarımızın nümayəndələrinin çıxışları planlaşdırılır. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsinə hüquq institutlarının tələbələri, politoloq və iqtisadçılar dəvət edilir.

Tədbirlər sentyabrın birinci yarısında keçiriləcək.