YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Pambıqçılığın inkişafı həm əhalinin gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir

«Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsində kənd təsərrüfatı da prioritet istiqamət kimi götürülür». Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, ölkəmizdə  kənd təsərrüfatı böyük potensiala malikdir. Onun sözlərinə görə, hazırda ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı da mühüm addımlar atılır.

«Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Cari ilin məhsulu üçün 52 min hektara yaxın pambıq əkilib. 100 min tondan artıq pambıq istehsalı gözlənilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv