YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatına yeni sədr seçilməmişdir

Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev avqust ayının 12-də qəfl dünyasını dəyişdikdən sonra bəzi mətbuat orqanlarında güya onun yerinə kiminsə  “təyin edilməsi” haqqında həqiqəti əks etdirməyən və görünür hansısa məqsədlərə xidmət göstərən məlumatlar yayılmağa başlamışdır.

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə görə, partiyanın rayon təşkilatının sədri tutduğu vəzifəni bu və ya digər səbəbdən icra edə bilmədikdə, onun səlahiyyətlərini növbədənkənar konfransda sədr seçilənə qədər sədrin müavini icra edir. Ağdam rayon təşkilatında yeni sədrin seçilməsi ilə əlaqədar konfrans keçirilməmişdir. 

DİGƏR Xəbərlər Arxiv