YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Türkiyə ağır sınaqdan qələbə ilə çıxdı

«Tükiyə, böyük türk xalqı bizim əzəli və əbədi qardaşımızdır. Bütün tarixin ağır sınaqlarında biz bir yerdə olmuşuq. Ulu öndər Heydər Əliyevin dediyi kim biz bir millət, iki dövlətik. Heç bir dövlət Türkiyəni Azərbaycan üçün, Azərbaycanı da Türkiyə üçün əvəz edə bilməz». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Türkiyə ilə Azərbaycanın birliyi xalqlarımızın birgə gücü deməkdir. Onun sözlərinə görə, 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd çox üzücü hadisə idi.  

«Bu hadisələr zamanı Azərbaycan Prezidenti dərhal bəyan etdi ki, biz Türkiyə dövlətinin yanındayıq. Bu prosesdə də xalqlarımız birlik nümayiş etdirdi. Həmin hadisələrdən sonra mən Türkiyədə oldum və taksi sürücüsündən tutmuş bir sıra məmurlarla, nazirlərlə, alimlələrlə söhbət etdim. Əmin oldum ki, böyük türk xalqı bu prosesdə qalib gəldi. Türkiyəni Suriyaya çevirmək istəyirdilər. Bu siyasət okeanın o tayından yürüdülən siyasətdir. Qərb qüdrətli Türkiyəni istəmir, bu dövləti bölməyə çalışır. Amma həmin təxribatı törədən qüvvələr qarşısında böyük Türkiyə dövlətini və xalqını gördülər. Türkiyə bu  ağır sınaqdan qələbə ilə çıxdı. Uzun müddət qara qüvvələrin əli Türkiyəyə qarşı uzana bilməyəcək»- deyə, Y.Mahmudov vurğulayıb.