YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan dövlət gənclər siyasətinin kifayət qədər hüquqi bazası vardır

 «Azərbaycan dövlət gənclər siyasətinin kifayət qədər hüquqi bazası vardır». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarınının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə laiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Onun sözlərinə görə, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə sıx əlaqədardır.

«Gənclər siyasətinin əsas istiqamətləri gənclər siyasəti haqqında qanunla müəyyənləşdirilib. Bununla yanaşı Azərbaycan gəncliyi 2005-2009 və 2011-2015 illər dövlət proqramlarını, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasını xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarına qrant ayırmaqla yanaşı, dünyada yeganə olaraq fərdi gənclərə də layihələrini həyata keçirməyə vəsait ayırır. Bütün bunlar Azərbaycan dövlətinin Azərbaycan gəncinə qayğısıdır»- deyə, Ş.İsmayılov qeyd edib.