YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Ərdoğan: Türkiyə, Rusiya və Azərbaycan arasında da üçtərəfli əməkdaşlıq mexanizmi yaratmaq istəyirik

Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib.

Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə bu barədə razılığa gəldiklərini qeyd edib: “Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münaqişənin həllində Türkiyənin da daxil olduğu Minsk qrupu daha səmərəli fəaliyyət göstərə bilərdi. Ancaq tərəflərdən başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadılır? Ancaq artıq bəzi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münaqişənin həllində xeyli irəliləyiş olar”.