YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Prezidentlərin görüşü bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir

«Avqustun 8-də Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu görüş regionun aparıcı dövlətlərindən biri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezident İlham Əliyev bu görüşü tarixi hadisə kimi səciyyələndirdi.

«Doğrudan da, son 200 illik bir dövrdə üç ölkənin dövlət başçılarının iştirakı ilə belə bir görüş keçirilməmişdi. Görüşün tarixiliyini şərtləndirən səbəblər onun formatı ilə yanaşı, həm də, müzakirə olunan məsələlərin məzmunu ilə bağlıdır. Bu görüş, əslində, hər üç ölkənin və bütövlükdə  regionun iqtisadi, siyasi, mədəni və humanitar həyatında yeni bir mərhələnin başlanğıcının əsaslarını qoydu. Bu, həmçinin region dövlətlərinin Avrasiya məkanında təhlükləsizliyinin təmin olunması ilə bağlı yeni bir müzakirə platforması yaratdı»- deyə, H.Babaoğlu vurğulayıb.