Xəbərlər
Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.
Zirvə görüşündən əvvəl prezidentlər birgə foto çəkdiriblər.
Sonra dövlət başçıları görüşdə çıxış ediblər.