YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Dövlət başçısının Sərəncamı vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşmasına şərait yaradacaq

«Azərbaycan Prezidentinin  “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamı vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşmasına şərait yaradacaq». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, sənəddə nəzərdə tutulan fəaliyyətlərin reallaşması vergi yükünün ciddi şəkildə azalmasına səbəb olacaq. Onun sözlərinə görə, bu baxımdan bu sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımdan olduqca mütərəqqi sənəd hesab edilə bilər.

«Sərəncamla bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin ləğv edilməsi və o cümlədən vergi nəzarətinin sadələşdirilməsi və xüsusən də elektron audit sisteminin tətbiqi formasında öz əksini tapa bilər. Vergi Məcəlləsinə əsasən, ƏDV növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu vergi istehsal və tədavül prossesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.Yeni qaydalara əsasən, pərakəndə ticarətdə ƏDV üzrə vergi tutma obyekti ticarət əlavəsi olacaq ki, bu isə sözügedən fəaliyyət növü üzrə çalışanların gəlirlərini stimuallaşdıracaq. Bu zaman pərakənd satış ilə məşğul olanlar o cümlədən supermarketlər daha az vergi ödəmiş olacaqlar. Sərəncamla  topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi nəzərdə tutulur. Bu topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və bu kontekstdən topdan və pərakəndə satış ilə məşğul olanlar üçün fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb ola bilər. Bu zaman bu ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər. Bütövlükdə, bu sərəncam vergi sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir»- deyə, iqtisadçı-ekspert qeyd edib.