YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmizdə uğurlu siyasətin nəticələrindən biri də idman sektorunun güclü inkişafıdır

 

«Ölkəmizdə uğurlu siyasətin  nəticələrindən biri də idman sektorunun güclü inkişafıdır». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, idmanın inkişaf etdirilməsi nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, gənc nəslin sağlamlığının təmin olunması üçün dövlət tərəfindən lazım olan bütün addımlar atılıb.

«Ümumiyyətlə, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün, ilk növbədə, müasir infrastrukturun yaradılması vacibdir. Və son illərdə ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir»- deyə, A.Abiyev vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv