YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşəbbüs qrupu Gədəbəy rayonunda imzatoplama prosesini yekunlaşdırıb

“Yeni Azərbaycan” təşəbbüs qrupunun Gədəbəy rayon şöbəsinin qərargah üzvlərinin növbəti yığıncağı keçirilib. Qərargahda yaradılmış 12 nəfərlik imzatoplayan qrupa son tapşırıqlar verilib və seçici imzaların toplanması prosesinə başlanılıb. Seçici imzalarının toplanılması prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq aparılıb. Referendum üzrə “Yeni Azərbaycan” təşəbbüs qrupunun mərkəzi qərargahından Gədəbəy rayon şöbəsinə 12 imza vərəqi təqdim edilib. İmzatoplama kampaniyasında 12 nəfər fəal partiya üzvü iştirak edib və 103 saylı  saylı Gədəbəy Seçki dairəsi üzrə 400, eləcə də 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə 200 imza toplanıb