YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Erməni tərəfi münaqişənin həllində maraqlı deyil

«Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır. Bunun üçün beynəlxalq hüquq normaları tətbiq edilməlidir». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov qeyd edib ki, Ermənistanın mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Onun fikrincə, işğalçı ölkənin addımları beynəlxalq qayda-qanunlara həqarətdir.

«Erməni tərəfi  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bununla da onlar status–kvotanın qorunub saxlanılmasına çalışırlar. Azərbaycan yalnız Minsk qrupu çərçivəsində deyil, bütün beynəlxalq təşkilatların imkanlarından istifadə edir. Bu da  diplomatik müstəvidə dövlətimizin üstünlüyünü artırır»- deyə, B.Səfərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv