YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Kənd təsərrüfatı məhsullarının ixracı baxımından, bölgələrimizin böyük potensialı var

«Hazırki vəziyyətdə qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi yer tutur». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, qarşıya qoyulan hədəf daxili istehlakın tam həcmdə yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan və geniş ixrac imkanları yaratmaqdan ibarətdir. Onun sözlərinə görə, son illərdə milli iqtisadiyyatımızın qeyri-neft sektorunda istehsal imkanları əhəmiyyətli dərəcədə artıb.

«Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Bu baxımdan, bölgələrimizin böyük potensialı var. Görülən tədbirlər isə yaxın gələcəkdə ölkəmizdə daxili istehsalın artacağını deməyə əsas verir»- deyə, S.Hüseynova qeyd edib.