YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa vurub

“Yeni Azərbaycan” təşəbbüs qrupunun Xəzər rayon şöbəsi Mərkəzi Seçki Komissiyasında “Yeni Azərbaycan” təşəbbüs qrupunun qeydə alınması üçün imzatoplama kampaniyasına start verib. Əvvəlcə YAP Xəzər rayon təşkilatının inzibati binasnda imzatoplayacaq fəallar məlumatlandırılıb. Daha sonra imzatoplma kampaniyasında iştirak edən partiya fəalları 13 saylı Xəzər-Pirallahı, eləcə də 14 saylı Xəzər seçki dairələrini  əhatə edən ərazilərə yollanıblar və qısa vaxt ərzində sakinlərdən ümumilikdə 700 imza toplayıblar.

Beləliklə,rayon sakinlərinin yüksək fəallığı şəraitində keçən imzatoplama kampaniyası uğurla başa çatıb.