YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Mövcud vəziyyəti dəyişmək üçün erməniləri məcbur etmək lazımdır

«İşğalçı Ermənistan hakimiyyəti bu münaqişəni həll etmək istəmir. Ermənilərin əsas niyyəti status-kvo vəziyyətini qoruyub saxlamaqdır». Bu fikirləri Milli Məclisin deputatı РарRasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Onun sözlərinə görə, bu vəziyyəti dəyişmək üçün erməniləri məcbur etmək lazımdır.

«ATƏT-in Minsk qrupu isə tərəflər arasında görüşlər keçirməyə çalışırlar. Onların əsas məqsədi isə atəşkəsi qoruyub saxlamaqdır. Amma atəşkəsi qorumaq münaqişənin həlli demək deyil. İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar öz torpaqlarına qayıtmalıdır. Bunun üçün isə Minsk qrupu erməniləri ağıla gətirməlidir. Ermənistana təzyiqlər olmasa, işğal siyasətinə son qoymaq istəməyəcək»- deyə, R.Musabəyov qeyd edib.