Xəbərlər
YAP Yasamal rayon təşkilatının fəalları referenduma hazırlığın ilkin mərhələsində mütəşəkkillik göstəriblər

«Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə hazırlığın ilk mərhələsi kimi imzatoplama kampaniyasına start verilib.
Bütün siyasi kampaniyalara vahid qüvvə kimi mütəşəkkilliklə başlayan YAP Yasamal rayon təşkilatında yaradılmış «Yeni Azərbaycan» təşəbbüs qrupunın üzvləri ilk gündən kampaniyada fəallıq göstərirlər.27 mindən artıq üzvü olan YAP Yasamal rayon təşkilatının ətrafında birləşən 143 ərazi ilk partiya təşkilatı imzatoplama kampaniyasına cəlb olunub.İmza toplayacaq şəxslərə müvafiq təlimatlar verilib.Bu kampaniya üçün ayrılmış 30 fəala imza vərəqələri paylanılıb. İmzatoplama kampaniyasına məsuliyyətlə yanaşan fəallardan Heydər Abbasov, Lalə Məmmədova, Rübabə Axundova, Mahir Məmmədli və başqaları rayonun Tbilisi prospekti 19, 23, M.Əbilov 35, 35a. 59, Ş.Əzizbəyov küçəsi 56, 61, 68, 70 saylı binalarının sakinləri ilə görüşmüş, imzatoplama kampaniyasının əhəmiyyəti barədə söhbət aparmışlar.
İlk gündə minə yaxın vətəndaş seçici hüququndan istifadə edərək imza verib.