YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşəbbüs qrupunun Quba rayon şöbəsi imzatoplama kampaniyasını uğurla başa çatdı

26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun Quba rayon şöbəsi imzatoplama kampaniyasını uğurla həyata keçirib.

YAP Quba rayon təşkilatının sədri Yusif Abidovun bildirdiyinə görə, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilir.

Rayon təşkilat sədrinin sözlərinə görə, imzatoplama kampaniyasında 10 nəfər fəal partiya üzvü iştirak edib və 52 saylı Quba, eləcə də 53 saylı Quba-Qusar dairələrini əhatə edən ərazilərdən ümumilikdə 600 nəfərin imzası toplanılıb.