Xəbərlər
“Yeni Azərbaycan” təşəbbüs qrupu Gəncə şəhərində imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar sentyabr 26-da keçiriləcək refendumla bağlı yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınması üçün Gəncə şəhərində imzatoplama kampaniyası uğurla həyata keçirilib.
Vətəndaşlar imzatoplama kampaniyasında fəal iştirak ediblər. Bunun nəticəsində də Gəncə şəhərində keçirilən imzatoplama prosesi qısa müddətdə başa çatıb.