YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Ölkəmizdə ixracın təşviqinin hüquqi bazası möhkəmləndirilir

«Məlum qlobal kataklizmlər fonunda yaranan yeni iqtisadi şərait ölkəmizdə buraxılan qeyri-neft məhsullarının ixracının daha geniş və səmərəli şəkildə təşviq edilməsi zərurətini gündəmə gətirib». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili  deyib.

T.Mirkişili bildirib ki, sahibkarların öz məhsullarını sərbəst şəkildə xarici bazarlara çıxarması üçün zəruri şərait yaradılır. Onun sözlərinə görə, hazırda ölkəmizdə ixracın təşviqinin hüquqi bazası möhkəmləndirilir.

«Bildiyiniz kimi Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman imzalayıb. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Bu fərman sahibkarlar üçün geniş imkanlar açır. Eyni zamanda, yerli məhsullarımızın xarici bazarlara çıxması ölkəyə valyuta axınını stimullaşdıracaq»- deyə, T.Mirkişili vurğulayıb.