Xəbərlər
Prezident İlham Əliyev NATO Dəstək Agentliyinin baş menecerini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.