YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

Bu gün Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının qaldıqları atletlər kəndində bayrağımızın qaldırılma mərasimi keçirildi.

Mərasimdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elnur Sultanov, İtar Tass İnformasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman, digər rəsmilər, federasiya prezidentləri, vitse prezidentlər, baş katiblər, idmançılar iştirak edirdilər