YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il SOCAR üzrə 10 milyard 288,4 milyon kubmetr təbii qaz nəql edilib

2015-ci ildə SOCAR üzrə ümumilikdə 6 milyard 871,5 milyon kubmetr təbii qaz hasilatı həyata keçirilib. İl ərzində 10 milyard 288,4 milyon kubmetr təbii qaz isə nəql edilib.

Bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, daxili bazarın tələbatını ödəmək üçün satılan və nəql olunan təbii qazın həcmi 8 milyard 869,6 milyon kubmetr, xarici bazara isə 1 milyard 418,8 milyon kubmetr təşkil edib.

Keçən il ərzində təbii qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədilə 50,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib. Həmçinin, qaz kəmərlərin təhlükəsiz istismarının təmin olunması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə 98,1 kilometr qaz kəməri əsaslı təmir olunub.