YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib. Toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR-ın rəhbəri ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə Prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirib, yatırımlarının əhəmiyyətini qeyd edib və fəaliyyətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirib, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib, Türkiyə Prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.