YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki, Qax, Zaqatala və Balakəndə konsertlər olacaq

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 8-dən 11-dək Şəki, Qax, Zaqatala və Balakən rayonlarında konsertlər təşkil olunacaq.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirakı ilə keçirilən konsertlər avqustun 5-dək davam edəcək. Avqustun 3-dən 5-dək Qəbələdə Ukraynanın “Kiyev virtouzları” Kamera Orkestrinin konsertləri olacaq.

Avqustun 8-də saat 19:00-da isə “Kiyev virtouzları” Kamera Orkestrinin iştirakı ilə Balakən şəhərindəki Heydər Əliyev Parkında konsert keçiriləcək. Daha sonra avqustun 9-da saat 19:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Parkında, avqustun 10-da saat 19:30-da Qax şəhərindəki “İçəri Bazar” Turizm Mədəniyyət Mərkəzinin səhnəsində, avqustun 11-də saat 20:00-da Şəki şəhərindəki Yay Teatrında konsertlər təşkil ediləcək.