YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri ölkələrimiz arasındakı əlaqələrə dair müzakirələr aparıblar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun avqustun 2-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib. O, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini söyləyib.