YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rio-2016” Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq siyahısı açıqlanıb

Dünya Güləş Birliyi “Rio-2016” Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.

Sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.

İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov üçüncü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov beşinci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov səkkizinci sırada qərarlaşıblar.

Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko altıncı, Nataliya Sinişin səkkizinci, Yuliya Ratkeviç doqquzuncu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov ikinci, Rafiq Hüseynov dördüncü və Saman Təhmasibi beşinci sırada qərarlaşıblar.

Qeyd edək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 14-21-də baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.