YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Sahibkarlığın hərtərəfli inkişaf etdirilməsi günün zəruri tələblərindəndir

«Hazırkı situasiyadan sürətlə çıxmağın, onun müsbət tərəflərini inkişaf etdirməyin, neqativ təsirlərini azaltmağın yolu cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən iqtisadiyyatda ciddi islahatların həyata keçirilməsi və bu islahatların dərinləşdirilməsidir. Bu yöndə dövlət tərəfindən lazımi addımlar atılır». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, Azərbaycanda iqtisadi məsələləri yalnız iqtisadi islahatlarla deyil, digər sahələrdə hüquqi-siyasi islahatlar aparmaqla da həll etmək zərurəti yaranıb. Onun sözlərinə görə, iqtisadi islahatları müdafiə edən təbəqə isə sahibkarlar təbəqəsidir.

«Yaranmış situasiyada sahibkarlar təbəqəsi sanki filtr rolunu oynayır. Yuxarıdan gələn qərarların aşağılarda həyata keçirilməsində xeyli dərəcədə sahibkarların hansı mövqe tutması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, yaranmış vəziyyətdən az itki ilə çıxmaq, zamanı qabaqlamaq üçün sahibkarlığın hərtərəfli inkişaf etdirilməsi günün zəruri tələblərindəndir. Bu, Azərbaycan hökumətinin irəli sürdüyü yeni siyasətin magistral yollarından biridir. Əgər biz 2015-ci il ilə 2016-cı ili müqayisə etsək, baxıb görərik ki, bir çox sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı, stimullaşdırılması, əsassız yoxlamaların aradan qaldırılması və sair istiqamətdə görülən işlər xeyli çoxdur. Prezident İlham Əliyevin bununla bağlı gətirdiyi konkret faktlar, sadaladığı statistik rəqəmlər bu istiqamətdə atılan addımların hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir»- deyə, komitə üzvü vurğulayıb.