YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Abşeron rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən olunması ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini Xatirə Şabanova, İdarə Heyətinin üzvü Nəriman Baxşəliyev və YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat veriblər. Çıxış edənlər dəyişiklikləri şərtləndirən amillər barədə danışıb, ilkin təşəbbüs qrupunun yaradılması, məqsədləri haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda 53 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndə seçilib.