YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbiri rayon təşkilatının sədri Rəfail Pəsiyev açaraq müzakirə olunan məsələ barədə məlumat verib.

Yığıncaqda rayon təşkilatının sədr müavini Məhəmməd Qələndərov, rayon təşkilatının üzvləri Telman Sarıyev, Əli Məmmədov, Xuraman Rüstəmova və başqaları çıxış ediblər. Çıxışlarda Əsas Qanuna təklif olunan əlavə və dəyişikliklərdən söhbət açılıb.
Yığıncaqda 54 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər “Yeni Azərbaycan” təşəbbüs qrupuna üzv seçilib.