YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Şamaxı rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması məqsədilə yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının İdarə Heyəti üzvləri M.Kamilova, M.Alcanov və başqaları irəli sürülən təkliflərlə bağlı fikirlərini bölüşüblər. Sonda referendum üzrə 52 nəfər tərkibdə ilkin təşəbbüs qrupu yaradılıb və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə seçilib.