YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatında referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılıb

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar ilkin təşəbbüs qrupu yaradılıb. Bununla əlaqədar keçirilən toplantıda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müvafiq Sərəncamı barədə yığıncaq iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Konstitusiya Məhkəməsinə təqdim olunan Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
YAP Masallı rayon təşkilatı İdarə heyətinin üzvü Astan İbişov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.
Yığıncaqda referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupuna nümayəndələr seçilib.

 

 

DİGƏR Xəbərlər Arxiv