YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradıldı

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında ölkəmizdə keçiriləcək referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi barədə iştirakçılara geniş məlumat verib. N.Əhmədov bildirib ki, Konstitusiyada nəzərdə tutulan dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi, dövlət aparatı sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, informasiya təhlükəsizliyi və dövlətimiz üçün digər vacib amillər öz əksini tapıb. Bu da birbaşa Azərbaycan xalqının xoşbəxt gələcəyinə hesablanan addım kimi dəyərləndirilməlidir.

Sonra YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, rayon təşkilatının Gənclər Birliyinin sədri Taleh Məmmədov çıxış edərək bildiriblər ki, qloballaşan dünyada hər bir yenilik zamanın tələbi və insanların istəklərindən doğur.

Sonda 53 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan”təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər nümayəndə müəyyənləşdirilib.