YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanlar var

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Səid Xan Mohmand ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edilib. İqtisadiyyat, enerji, ticarət, yüngül sənaye və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Səfir Səid Xan Mohmand iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv