YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar olaraq yığıncağ keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verərək, bu dəyişikliklərin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, ölkəmiz inkişaf etdikcə Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zəruriyyəti yaranır.

 F.Vəliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verib.

YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Abdulla Rzayev, YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Vüqar Alıyev və başqaları bildiriblər ki, bu gün xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənib, müdafiə edir: "Əminik ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksərriyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq. 

Çıxışlardan sonra 63 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.

DİGƏR Xəbərlər Arxiv