YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı iclas keçirib

Sumqayıt şəhərində yerləşən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının qərargahında sentyabrın 26-da keçiriləcək Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı iclas keçirilib. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edilib ki, dinamik inkişafa malik ölkəmizin təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, dövlət strukturlarında islahatların aparılması, eləcə də digər məsələlər belə mütərəqqi dəyişiklikləri zərurətə çevirir. Vurğulanıb ki, nəzərdə tutulan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququnu özündə əks etdirir.

Yığıncaqda 53 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfər  nümayəndənin müəyyən edilməsi barədə qərar qəbul edilib.

 

DİGƏR Xəbərlər Arxiv