YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatı referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev sentyabrın 26-da keçiriləcək referendumla bağlı məlumat verib. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında fikirlərini bildirən R. Nağıyev qeyd edib ki, təklif olunan layihə ölkəmizin inkişafında mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müasir dövrümüzün çağırışları ilə səsləşən bu əlavə və dəyişikliklər ölkəmizdə idarəçiliyin daha çevik şəkildə həyata keçirilməsində mühüm rola malik olacaq: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanı ən aparıcı iqtisadiyyata malik dövlətlərdən birinə çevirib. Bu gün yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti sayılan Azərbaycanda mühüm islahatlar həyağta keçirilir. Konstitusiyayüa dəyişikliklər də məhz yeni dövrün tələblərindən irəli gəlir. Vurğulamaq lazımdır ki, Azərbaycan Konstitusiyası insan hüquqlarının qorunması baxımından olduqca müəkkəml bir sənəddir. Amma hər bir inkişaf yenilik zərurətini meydana çıxarır. İnanıram ki, ediləcək dəyişikliklər ölkəmizin daha yüksək səviyyədə inkişafını təmin edəcək".

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr müavini Ləzgi Zeynalov, YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvü və rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov çıxış edərək Referendum Aktı layihəsində əks olunan müddə  alar ölkəmizin gələcək inkişafının yeni mərhələsi sayıla bilər.

Yığıncaqda 51 nəfərdən ibarət ilkin təşəbbüs qrupunun yaradılması və 5 nəfər nümayəndənin “Yeni  Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün seçilməsi ilə bağlı qərar qəbul edilib.