YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif  Həmzəyev çıxış edərək "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev hələ bu ilin əvvəlində 2016-cı ilin ölkəmizdə dərin islahatlar ili olduğunu vurğulayıb. Cari ildə bir çox istiqamətlərdə ciddi islahatlar həyata keçirilib, ölkənin iqtisadi, siyasi həyatında yeni mərhələyə qədəm qoyulub. Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və başqaları  Konstitusiyaya təklif olunan dəyişiklər barədə öz fikirlərini bölüşüb, xalqımızın bu dəyişiklikrəi dəstəkləyəcəyklərinə əminliklərini ifadə ediblər.

Sonda YAP Gəncə şəhər təşkilatında 79 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və 7 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.

DİGƏR Xəbərlər Arxiv