YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda ilkin təşəbbüs qrupu yaradıldı

YAP Yevlax şəhər təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradıl­ması məqsədi ilə toplantı keçirilib.

Yığıncaqda YAP Yevlax şəhər təşkilatının sədri, millət vəkili İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ümümxalq səsverməsi ( Referendum) keçirilməsi haqqında  Sərəncamı və Referendum Aktının layihəsinin mahiyyəti haqqında geniş məlumat verib.

O, Konstitusiyasında dəyişikliklər edilməsinin  ölkəmiz üçün faydalılığından bəhs edərək bildirib ki, ölkə inkişaf etdikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, ölkəmiz beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır.

Toplantıda çıxış edən YAP Yevlax şəhər təşkilatının fəalları qeyd ediblər ki, xalqımız yekdilliklə cənab  Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə müdafiə edir və dəstəkləyir. Konstitusiyaya təklif olunan dəyişiklər xalqımızın və dövlətimizin gələcəyi üçün atılan uğurlu addımdır. İnanırıq ki, ilkin təşəbbüs qrupunun bu istiqamətdə apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərimizin böyük əksəriyyəti seçkilərdə iştirak edərək Konstitusiyaya təklif olunan dəyişiklərə müsbət şəkildə səs verəcəklər.

Sonda 57 nəfər təşəbbüs qrupu üzvlərinin imzası ilə protokol tərtib olundu. Təşəbbüs qrupu  üzvlərinin Bakı şəhərində keçiriləcək geniş tərkibli iclasına 5 nəfər nümayəndə heyəti seçildi.