YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezident İlham Əliyevin hərtərəfli və dərin islahatlar strategiyası artıq həlledici mərhələyə daxil olub

“Son 10 illik dövr Azərbaycanın həyatında fundamental dəyişikliklərlə, inkişaf və yüksəlişlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunub. Ölkə iqtisadiyyatının həcmi dəfələrlə artmıb, sərmayə yatırımı axını güclənib, iqtisadi inteqrasiya prosesi dərinləşib. Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilib, dünya iqtisadiyyatında yeri və rolu əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin əhəmiyyəti xeyli artıb, onun etibarlı tərəfdaş imici möhkəmlənib. Bir sözlə, Azərbaycan iqtisadiyyatı bütünlüklə yeni parametrlər kəsb edərək dünya iqtisadiyyatının ayrılmaz bir parçasına çevrilə bilmişdir.” Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı məqamları şərh edərkən bildirmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, İqtisadi inkişafın dinamikasının yetərincə yüksəkliyi, aydındır ki, çox çevik, inkişafın yaratdığı dəyişiklikləri qavramağa və adekvat reaksiya verməyə qadir olan mükəmməl iqtisadi idarəçilik mexanizminin olmasını şərtləndirir. Etiraf etmək lazımdır ki, bəzi hallarda dediyimiz ahəngdarlığı təmin etmək çətin olurdu. Səbəb heç də iqtisadi idarəçilik mexanizminin yarıtmaz olmasında deyil. Başlıca amil inkişafın tempinin yetərincə yüksək olmasında özünü göstərir. Əldə olunmuş iqtisadi yüksəlişin davamlılığının təmin edilməsi, yeni çağırışların vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılmasını mümkünləşdirən çevikliyin təmin edilməsi qaçılmaz zərurətə çevrilib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər ilk növbədə bunlarla əlaqədardır. Artıq deyə bilərik ki, Prezident İlham Əliyevin hərtərəfli və dərin islahatlar strategiyası həlledici mərhələsinə daxil olub.